Son Xəbərlər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna
Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun
Avropa sakinlərinin ABŞ-yə etimadı indiyə qədər olan ən aşağı səviyyəyə enib.
Filippinin Mindau adasının cənubunda baş verən 7,8 ballıq zəlzələ nəticəsində

“Venesuela başlanğıcdır, bu ölkələrdə də hakimiyyət dəyişəcək”

08 yan 2026, 09:14
“Venesuela başlanğıcdır, bu ölkələrdə də hakimiyyət dəyişəcək”

ABŞ senatoru Rik Skott Venesuelaya müdaxilənin Latın Amerikasında genişmiqyaslı siyasi transformasiyaya yol açacağını iddia edib.

Liderxeber.az xəbər verir ki, onun sözlərinə görə, bu dəyişiklik dalğası Kuba və Nikaraquaya da yayılacaq, Kolumbiyada isə qarşıdan gələn seçkilər hakimiyyət dəyişikliyi ilə nəticələnəcək.

Respublikaçı senator Venesuelaya qarşı həyata keçirilən əməliyyatı müdafiə edərək bildirib ki, bu addım regionda siyasi tarazlığı köklü şəkildə dəyişəcək.

Skottun sözlərinə görə, Vaşinqtonun müdaxilələri davam edəcək və bu proses Latın Amerikasında yeni bir mərhələnin başlanğıcı olacaq.

R.Skott Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs olunması ilə nəticələnən əməliyyatdan sonra Prezident Donald Trampı, Dövlət katibi Marko Rubionu və Müdafiə katibi Pit Heqseti tərifləyib. O, əməliyyatın regionda siyasi balansı dəyişdirəcəyini vurğulayıb:

“Prezident Trampın etdikləri ilə fəxr edirəm. Onun Venesuelada atdığı addımlar Latın Amerikasını dəyişdirəcək. Bu, Venesuelanı dəyişdirmə prosesinin başlanğıcıdır”.

Regiondakı solçu hökumətləri də tənqid edən senator Vaşinqtonun müdaxilələrinin davam edəcəyini bildirib:

“Bu proses davam edəcək. Kubanı düzəldəcəyik, sonra Nikaraqua. Gələn il Kolumbiyada yeni prezident olacaq. Demokratiya bu yarımkürəyə qayıdır”.