Son Xəbərlər
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan

Süni intellektdən təzminat tələb etdilər

02 dek 2025, 09:00
Süni intellektdən təzminat tələb etdilər

Yaponiyaya məxsus “Kyodo” xəbər agentliyi məzmununun icazəsiz şəkildə istifadə edildiyini əsas gətirərək, ABŞ-nin süni intellekt şirkəti “Perplexity AI”dən təzminat tələb edib.

Liderxeber.az-ın məlumatına görə, “Kyodo” iddia edir ki, müxtəlif qəzet və agentliklər tərəfindən hazırlanmış xəbərlər “47 News” internet saytında yayımlandıqdan sonra “Perplexity AI” tərəfindən istifadəçilərə cavablar təqdim edən süni intellekt sistemində icazəsiz olaraq götürülüb.

Bildirilir ki, “Perplexity AI” 2024-cü ilin avqustundan etibarən xəbər saytına yüz minlərlə dəfə giriş edib və bu hərəkət açıq-aşkar “müəllif hüququ pozuntusu” hesab olunur. “Kyodo” “Perplexity AI”nin qurumun etibarına və marka dəyərinə zərər vurduğunu bildirib.

Agentlik tələb edir ki, “Perplexity AI” dərhal bu pozuntulara son qoysun, icazəsiz istifadə nəticəsində yaranan zərəri ödəsin və məzmunların hansı üsulla toplandığına dair açıqlama versin. Əks təqdirdə, hüquqi proses başlanacaq.

“Kyodo” ilə yanaşı, agentliyin xəbər abunəsi olan “Mainichi” və “Sankei Shimbun” qəzetləri də “Perplexity AI”yə oxşar protest məktubları göndərib.

Yaponiyanın “Nikkei” və “Asahi Shimbun” qəzetləri isə avqust ayında ümumilikdə 30 milyon dollar dəyərində təzminat iddiası qaldırdıqlarını açıqlayıblar.

Qeyd edək ki, ABŞ-nin aparıcı qəzetlərindən “The New York Times” da 27 dekabr 2023-cü ildə süni intellekt texnologiyalarının icazəsiz istifadəsi və müəllif hüququ pozuntusu iddiası ilə “OpenAI” və “Microsoft”a qarşı məhkəmə iddiası qaldırmışdı.