Son Xəbərlər
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan

Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

12 sen 2025, 09:36
Yeni Zelandiya və Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib və Rusiya neftinin qiymətinin bir barel üçün 47.6 dollara endirilməsi barədə qərar qəbul edib.

Liderxeber.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin, Yeni Zelandiya 19 fiziki və hüquqi şəxsə məhdudlaşdırıcı tədbirləri genişləndirərək yeni anti-Rusiya sanksiyaları tətbiq edib. Bundan əlavə, Rusiya neft sektoru ilə əlaqəli 19 gəmi məhdudiyyətlərə məruz qalıb.

Eyni zamanda, Yaponiya Nazirlər Kabinetinin dərc etdiyi sənədlərə əsasən, Tokio da öz növbəsində Rusiyaya və üçüncü ölkələrin şirkətlərinə qarşı sanksiyaları genişləndirir və Rusiya neftinin qiymət həddini bir barel üçün 47.6 dollara endirir.

Yaponiya həmçinin Rusiyadan 14 fiziki şəxsə, 48 ​​şirkət və təşkilata sanksiya tətbiq edib.