Son Xəbərlər
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
“Amburan Mall” ticarət mərkəzində yerləşən CineMastercard premium
"Mombasa" və "Əl-Bəhiyə" tankerləri Omanın ərazi sularında
ABŞ Prezidenti Donald Tramp 16 iyulda xalqa müraciət edəcək. Liderxeber.az
İnsanların tez-tez yol verdiyi bir səhv yay aylarında evdəki istiliyin daha da
İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri
İranın Omidiyyə şəhəri ətrafındakı bir neçə obyekt ABŞ-nin regiona həyata
Bu gün DÇ-2026-da yarımfinal mərhələsi start götürəcək. Liderxeber.az xəbər
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq

SEPAH: "İsrail səması müdafiəsiz qalıb"

19 iyn 2025, 14:05
SEPAH: "İsrail səması müdafiəsiz qalıb"

"İsrail səması müdafiəsiz qalıb və artıq hər yer onlar üçün təhlükəlidir".

Liderxeber.az-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) kommünikesində bildirilib.

Məlumata görə, İsrailə 14-cü zərbə dalğası kamikadze-dronlar və strateji raketlər vasitəsilə həyata keçirilib. SEPAH iddia edir ki, bu əməliyyat zamanı xəstəxanalardan birinin yaxınlığında yerləşən İsrail ordusunun komandanlıq və kəşfiyyat mərkəzi yüksək dəqiqliklə vurulub.

"İndi İran İslam Respublikası Silahlı Qüvvələrinin raketlərinin kəşfiyyat imkanları və yüksəkdəqiqlikli uçuş məsafəsi bütün dünyaya bəlli oldu", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, İsrail ordusunun hərbçiləri öz bazalarından təxliyə olunublar və hava hücumundan müdafiə sistemlərini İsrail şəhərlərinin mərkəzi hissələrində yerləşdiriblər.

"Ynet" portalı təcili tibbi yardım xidmətlərinə istinadən xəbər verib ki, İran tərəfindən raket hücumu nəticəsində İsraildə azı 65 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağırdır, 42 nəfər yüngül xəsarət alıb, 18 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

İsrailin üzərində bütün hava məkanı müdafiəsiz olaraq qalır və orada təhlükəsiz zonalar yoxdur.

Liderxeber.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kommunikesində bildirilir.

Məlumata görə, İsrailə zərbələrin 14-cü dalğası kamikadze dronları və strateji raketlərlə həyata keçirilib. SEPAH iddia edir ki, bu əməliyyat zamanı xəstəxanalardan birinin yaxınlığında yerləşən İsrail ordusunun komanda və kəşfiyyat mərkəzi yüksək dəqiqliklə vurulub.

"İndi İran Silahlı Qüvvələrinin raketlərinin kəşfiyyat imkanları və yüksəkdəqiqlikli uçuş məsafəsi bütün dünyaya bəlli oldu", - məlumatda qeyd olunub.

Bildirilir ki, İsrail ordusunun hərbçiləri öz bazalarından təxliyə olunaraq, hava hücumundan müdafiə sistemlərini İsrail şəhərlərinin mərkəzi hissələrində yerləşdiriblər.

"Bütün hərbi mərkəzlər boşaldılıb, yaşayış məntəqələrinin arxasında gizlənən (İsrail) rejim ordusu öz qeyri-effektiv raket komplekslərini və hava hücumundan müdafiə sistemlərini şəhər mərkəzlərinin ortasına yerləşdirib", - deyə məlumatda bildirilir.

"Ynet" portalı təcili tibbi yardım xidmətlərinə istinadən xəbər verir ki, İrandan səhər saatlarında raket hücumu nəticəsində İsraildə azı 65 nəfər xəsarət alıb.

Onlardan üçünün vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağırdır, 42 nəfər yüngül xəsarət alıb, 18 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

İran Silahlı Qüvvələri İsrailin Beyr-Şeva şəhərində yerləşən Soroka xəstəxanasının altındakı gizli hərbi bazaya zərbə endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb və müvafiq görüntüləri dərc edib.