Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Sahurda bunları yeyin

06 mar 2025, 09:20
Sahurda bunları yeyin

Ramazanda sahur yeməyi gün boyu enerjili və tox qalmaq üçün böyük əhəmiyyət kəsb edir. Sahurda yemək oruc tutma prosesini daha sağlam və rahat keçirməyə kömək edir. Sahur etməyənlər günboyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir.

Liderxeber.az xəbər verir ki, sahur zamanı susuzluğun qarşısını almaq üçün tərkibində bol su olan qidalar istehlak edilməlidir.

Sahurda həzm prosesini sürətləndirən meyvə-tərəvəzlərə və süd məhsullarına üstünlük verilməlidir. 

Enerjinizi qorumaq üçün sahurda nə yemək lazımdır?

Yulaf əzməsi: Liflə zəngindir və uzun müddət tox saxlayır. Həmçinin həzm sistemini də dəstəkləyir.

Yumurta: Sahurda 1 və ya 2 qaynadılmış yumurta, omlet yemək həm uzun müddət tox tutur, həm də gün ərzində enerjinizi qoruyur.

Süd və qatıq: Kalsium və zülal baxımından zəngin olduğu üçün uzun müddət aclıq hissini azaltmağa kömək edir. Eləcə də az yağlı və az duzlu süd məhsulları da (pendir, kəsmik) gün ərzində enerjili qalmaq üçün faydalıdır.

Tam taxıl çörəyi: Ağ çörəkdən daha uzun müddət tox saxlayır. Buna görə də, sahurda tam buğda və ya çovdar çörəklərinə üstünlük verilməlidir.

Çərəzlər: Badam, qoz, fındıq kimi çərəzlər sağlam yağlar ehtiva edir və uzun müddət aclığı yatırmağa yardımçı olur.

Tərəvəzlər: Xiyar, pomidor və göyərti kimi tərəvəzlərdə su miqdarı çox olduğu üçün həm susuzluğu yatırır, həm də toxluq hissi yaradır.

Yoqurt: Tərkibindəki probiotik tərkibi ilə həzmi dəstəkləyir və uzun müddət tox qalmağınıza kömək edir.

Darçın: Sahurda suyunuza və ya bitki çayınıza darçın çubuğu atmaq qan şəkərinizin düşməsinin qarşısını alacaq və gün ərzində aclığınızı yatıracaq.