Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

8 Martda kimə hansı rəngdə çiçəyi almaq olar?

04 mar 2025, 11:21
8 Martda kimə hansı rəngdə çiçəyi almaq olar?

Həmin gün xanımlara verilən ən məşhur hədiyyələrdən biri də çiçəkdir.

8 Martda çiçək seçimi qarşı tərəfə olan münasibətinizə və onun zövqünə uyğun olmalıdır. Rənglərin isə xüsusi mənaları var.

Liderxeber.az 8 martda xanımlara çiçək seçərkən nələrə fikir verməli olduğunuzu, güllərin rənglərinə görə mənalarını təqdim edir:

Qırmızı güllər – Sevgi və ehtiras simvoludur. Əsasən həyat yoldaşı, nişanlı və sevgiliyə alınır.

Ağ güllər və ya zanbaqlar – Saflıq və məsumiyyət rəmzidir. Anaya, bacıya və yaxın dostlara hədiyyə edilə bilər.

Çəhrayı çiçəklər – Zəriflik və qayğıkeşlik ifadə edir. Bacıya, iş yoldaşına və dostlara uyğun seçimdir.

Sarı çiçəklər (məsələn, mimoza, günəbaxan) – Günəş kimi isti duyğuları simvolizə edir, enerjili və pozitiv insanlara verilə bilər. Amma bəzi inanclara görə ayrılığı da ifadə etdiyinə görə diqqətli olmaq lazımdır.

Bənövşəyi və lavanda çiçəkləri – Zəriflik və hörmət rəmzidir. Müəllimlərə və yaşlı insanlara uyğun seçimdir.

Mavi çiçəklər – Sakitlik və sadiqlik bildirir, xüsusilə romantik münasibətlərdə fərqli və dərin mənalı seçim ola bilər.