Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Enerji içkilərinin səbəb ola biləcəyi xəstəliklər

03 mar 2025, 14:09
Enerji içkilərinin səbəb ola biləcəyi xəstəliklər

Enerji içkiləri maddələr mübadiləsinə, sinir və ürək-damar sisteminə mənfi təsir göstərir.

Onlar şəkərli diabet, piylənmə, ateroskleroz kimi xəstəliklərə səbəb ola və qocalmanı sürətləndirə bilər.

Liderxeber.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə diyetoloq, psixoterapevt, professor Mixail Qinzburq məlumat verib.

"Enerji içkiləri üç əsas istiqamətdə təhlükə yaradır: ürək-damar və sinir sisteminə, həmçinin maddələr mübadiləsinə mənfi təsir göstərir, şəkərli diabetin inkişaf riskini artırır. Onlar xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Yeniyetmələrin ürək-damar sistemi hələ tam formalaşmayıb və buna görə də, enerji içkilərinə qeyri-adi dərəcədə kəskin reaksiya verə bilərlər - məsələn, ürək döyüntüsünün sürətlənməsi və təzyiqin yüksəlməsi. Ürək-damar sistemi üçün belə təsir kifayət qədər ciddi ola bilər", - deyə Qinzburq izah edib.

Enerji içkilərində yüksək miqdarda şəkər olduğu üçün onların həddindən artıq istifadəsi də təhlükəlidir.

"Qida rasionunda şəkərin həddindən artıq olması qocalmanı sürətləndirir və şəkərli diabet, ateroskleroz kimi maddələr mübadiləsi xəstəliklərinə, həmçinin ağız boşluğu problemlərinə səbəb ola bilər. Enerji içkilərindəki şəkər orqanizm tərəfindən sürətlə sorulur və bu da onun zərərli təsirini daha da artırır. Kofeinin beyin fəaliyyətinə təsiri nəticəsində isə insanlarda narahatlıq hissi və yuxusuzluq yarana bilər", - ekspert bildirib.

Qeyd edək ki, mütəxəssislər dörd və daha çox banka enerji içkisi qəbul etməyin ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.