Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

“Onların mənzillə təminatı sürətlənəcək” onlarin-menzille-teminati-suretlenecek

25 fev 2025, 11:45
“Onların mənzillə təminatı sürətlənəcək” onlarin-menzille-teminati-suretlenecek

“Çernobıl qəzasında zərər çəkənlər mənzillə daha sürətli təmin olunacaqlar”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.

Komitə sədri bildirib ki, Çernobıl qəzasında iştirak edən və sağlamlığını itirmiş şəxslərin sosial statusu haqqında Qanunun qəbul edildiyi vaxtdan keçən dövr ərzində birdəfəlik müavinətlər Prezident təqaüdü ilə əvəz olunub: “Eyni zamanda əlilliyi olan şəxslər də əlillik dərəcələrinə uyğun olaraq pensiya alırlar. Bununla yanaşı, onların müalicəsi üçün də ildə bir dəfə əlavə müavinət verilir. 

Onların imtiyazlı mənzillə təminatı istiqamətində də proses gedir, imtiyazlı növbəyə götürülüblər. Artıq onların böyük qismi mənzillərlə təmin olunub. Bundan sonrakı dövrdə mənzillə daha sürətli təmin olunacaqlar. Çünki indiyə qədər həm də məcburi köçkünlərimiz var idi, onların mənzil təminatına böyük ehtiyac var idi. Qarabağ müharibəsi şəhidlərinin və qazilərin mənzil məsələsi demək olar ki, artıq həll olunmaq üzrədir. Yəqin ki, yaxın bir ildə bu problem bitəcək. Sonra isə bu qəbildən olan, Çernobıl qəzası, digər əlilliyi olan şəxslərin də mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər aparılacaq”.