Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Nəfəs alma tərzinin görmə ilə əlaqəsi kəşf edilib

25 fev 2025, 11:08
Nəfəs alma tərzinin görmə ilə əlaqəsi kəşf edilib

"Göz bəbəyinin ölçüsü tənəffüsdən asılı olaraq dəyişir. Bu, görmə qavrayışına təsir edə bilər".

Liderxeber.az-ın məlumatına görə, İsveçin Şimali Karolinska İnstitutunun alimləri apardıqları uzunmüddətli tədqiqatlardan sonra bu qənaətə gəliblər. Yeni fizioloji mexanizmin kəşfi "The Journal of Physiology" (TJP) elmi jurnalında dərc olunub.

Bu yaxınlara qədər göz bəbəyinin ölçüsünə təsir edən üç amil məlum idi: işıq, fokus məsafəsi və koqnitiv faktorlar.

Araşdırma qrupu 200-dən çox insanın iştirak etdiyi beş eksperiment keçirib. Nəticələr göstərib ki, göz bəbəyi nəfəs almağın əvvəlində minimum ölçüyə, nəfəs verərkən isə maksimum ölçüyə çatır. Bu təsir iştirakçıların necə nəfəs almasından (burunla və ya ağızla, sürətli və ya yavaş) asılı olmayaraq, həmçinin işıqlandırma və ya yerinə yetirilən tapşırıqlardan asılı olmayaraq sabit qalıb.

Tədqiqatçıların fikrincə, kiçik bəbəklər detalları ayırd etməyə kömək edir, böyük bəbəklər isə zəif görünən obyektləri tapmağı asanlaşdırır.

Alimlərin sözlərinə görə, bu kəşf nevroloji xəstəliklərin, məsələn, parkinson xəstəliyinin diaqnostikasında faydalı ola bilər, çünki bu xəstəlikdə göz bəbəyinin funksiyalarının pozulması erkən simptomlardan biridir.

Gələcəkdə alimlər tənəffüs zamanı göz bəbəyinin dəyişməsinin real şəraitdə görmə qabiliyyətinə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.