Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb

24 fev 2025, 17:11
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb.

Liderxeber.az xəbər verir ki, bu mərhələdə 95 nəfər (22 ailə) daimi yaşamaq üçün Ballıca kəndindəki fərdi yaşayış evlərinə yerləşdirilib.

Sakinlərə mənzillərin açarları təqdim edilib.

Bununla da bu günə qədər Ballıca kəndində 112 ailənin (562 nəfər) daimi məskunlaşması təmin olunub.

***

11.58

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Liderxeber.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.

Fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.

Bu gün baş tutan köç də nəzərə alınmaqla Ballıca kəndinə indiyədək cəmi 112 ailə (562 nəfər) köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.