Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Azərbaycanda bayram günlərində hotellərin doluluğu və qiymətləri nə qədər olub?

07 yan 2025, 13:26
Azərbaycanda bayram günlərində hotellərin doluluğu və qiymətləri nə qədər olub?

Yeni il və Həmrəylik Günü bayramlarında Azərbaycanın regionlarında fəaliyyət göstərən yüksək kateqoriyalı hotellərdə doluluq səviyyəsi 92-95% arasında olub.

Liderxeber.az xəbər verir ki, bunu "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri və "Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi Azərbaycanda turizm sektorunun 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində qeyd edilən bayram günləri boyunca yerli və xarici turist axını ilə bağlı hotellərin doluluq səviyyəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, populyar turizm destinasiyalarında bu göstərici 65-67% təşkil edib.

Ekspert bildirib ki, bayram tətili dövründə regionlarda hotellərin doluluq səviyyəsi çox yüksək olub.

O, qiymət artımlarına da diqqət çəkib: "Yüksək kateqoriyalı hotellərdə adi günlərlə müqayisədə 65-75% artım, ümumi olaraq bayram dövründə 35-50% qiymət artımı müşahidə olunub. Paytaxt turizmi və buradakı hotellər bayram günlərində daha çox qonaq qəbul edib".

S.Dübəndi vurğulayıb ki, turizm sektoru beynəlxalq amillərdən ciddi şəkildə asılıdır:

"Hazırda beynəlxalq vəziyyət, avianəqliyyat sahəsindəki problemlər, regionda baş verən hərbi xarakterli hadisələr, quru sərhədlərin bağlı qalması turizmin normal inkişafına mənfi təsir edir. Vaxtilə sovet dövründə sərhədlər ciddi nəzarət altında olsa da, turist mübadiləsi mümkün idi. Dəmir yolu nəqliyyatı bu baxımdan əhəmiyyətli vasitədir".

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov isə bu məsələni şərh edərkən bildirib ki, bayram tətili ölkə daxilində həm xarici, həm də yerli turistlərin aktivliyi ilə yadda qalıb.