Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
2024-cü ildə Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı
Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin tarixində ilk dəfə olaraq
"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə
Azərbaycan tarixində COP29 on minlərlə insanın rəsmi surətdə iştirak etdiyi
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir
banner

Bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranması 40 milyon insanı öldürə bilər

06 yan 2025, 07:56
Bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranması 40 milyon insanı öldürə bilər

2050-ci ilə qədər demək olar ki, 40 milyon insan bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranmasına görə ölə bilər.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

Nəşr Böyük Britaniyanın keçmiş baş həkimi Salli Devisin sözlərini sitat gətirib: “Antibiotiklərə qarşı müqavimətin yayılması səbəbindən hər il təxminən 1 milyon insan ölür ki, bu rəqəm növbəti 25 il ərzində artacaq. Bu qorxuludur”.

Qəzet aydınlaşdırıb ki, 2050-ci ilə qədər bakteriya müqavimətindən ölüm göstəriciləri iki dəfə artacaq, ümumi ölüm sayı 40 milyon olacaq.

Səbəb antibiotiklərin, o cümlədən qida sənayesində geniş istifadə olunmasıdır ki, bunun da nəticəsində getdikcə daha çox bakteriya mutasiyaya uğrayaraq antibiotiklərə qarşı müqaviməti inkişaf etdirir.