Xırdalanda kişi özünü körpüdən atıb.
Liderxeber.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb.
Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ramin Orucov körpüdən özünü atıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan R.Orucov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib.
Faktla bağlı araşdırma aparılır.