Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Qarabaşaq, ləpə və qəhvənin orqanizmə əvəzsiz faydası açıqlandı

29 dek 2024, 09:46
Qarabaşaq, ləpə və qəhvənin orqanizmə əvəzsiz faydası açıqlandı

Çinli alimlər heyrətamiz kəşf ediblər. Spesifik dadına görə çoxlarının xoşlamadığı acı qidalar sağlamlıq üçün çox faydalı ola bilər.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc edilib.

Tədqiqatçıların sözlərinə görə, qoz-fındıq, qarabaşaq, qəhvə və digər qidalarda olan acı maddələr güclü iltihab əleyhinə təsirə malikdir, hipertoniya və diabet kimi ciddi xəstəliklərin qarşısını almağa kömək edir.

"Terapevtik təsirə malik acı maddələrə alkaloidlər, polifenollar, terpenoidlər və amin turşuları aiddir. Onlar təkcə acı qabaq və zəncirotu kimi ekzotik qidalarda deyil, həm də bizə tanış olan paxlalılar, qoz-fındıq, qarabaşaq və qəhvədə var. Orqanizmə düşəndə bu maddələr xüsusi "hTAS2Rs" reseptorlarını aktivləşdirir ki, bunlar təkcə acı dadın qəbuluna deyil, həm də hormonların sekresiyası, insulinə həssaslıq və immunitetin işi kimi mühüm hüceyrə proseslərini tənzimləyir", - deyə məqalədə vurğulanıb.

Qeyd edilir ki, acı qidaların müntəzəm qəbulu hiperlipidemiya (qanda yağların yüksək səviyyəsi) və hiperqlikemiya (yüksək şəkər) kimi maddələr mübadiləsi pozğunluqlarının qarşısını almağa kömək edir.

"Bundan əlavə, acı maddələr hüceyrələri sərbəst radikalların zərərindən qoruyur, yaşlanma proseslərini yavaşladır və ürək-damar xəstəlikləri riskini azaldır. Acı qidaların daha bir üstünlüyü isə odur ki, mədə turşusu və öd ifrazını stimullaşdıraraq həzmi yaxşılaşdırır", - deyə alimlər əlavə ediblər.

Tədqiqatçılar bildirirlər ki, acı maddələr, həmçinin yağların həzmini asanlaşdırır və iştahı nəzarətdə saxlamağa kömək edir, bu isə artıq çəkisi, həmçinin diabeti olan insanlar üçün xüsusilə faydalıdır.