Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi

24 dek 2024, 17:26
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Məktəblərlə bağlı daha bir qərar elan edildi

Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu üçün rus dili biliklərinin yoxlanılması 2025-ci il aprelin 1-dən başlayacaq.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Baş nazirinin müavini Dmitri Çernışenko "RIA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Rosobnadzor" (Təhsil və Elm sahəsində Federal Nəzarət Xidməti) artıq metodik materialların, test sistemlərinin və qiymətləndirmə meyarlarının hazırlanmasını başa çatdırır.

"Artıq gələn il aprelin 1-dən bu iş ölkəmizin bütün təhsil müəssisələrində sistemli şəkildə inkişaf edəcək", - deyə hökumətin sədr müavini bildirib.

Çernışenko əlavə edib ki, hər il Rusiya məktəblərinə təxminən 155 min miqrant uşağı qəbul olunur.

Xatırladaq ki, Rusiya hökuməti dekabrın 9-da rus dilini zəif bilən əcnəbi vətəndaşların uşaqlarının məktəbə qəbulunun qadağan edilməsi haqqında qanun layihəsini dəstəkləyib. Üç gün sonra müvafiq qanun Dövlət Dumasında qəbul edilib. Dekabrın 19-da birbaşa efirdə Prezident Vladimir Putin də yeni qanunu dəstəkləyib.

Qanun layihəsinə əsasən, rus dili üzrə test imtahanından uğurla keçə bilməyən uşaqlar təhsilə buraxılmayacaqlar. Bu cür imtahanın keçirilməsi qaydalarını ölkənin Maarif Nazirliyi müəyyən etməlidir. Nazirlik qeyd edib ki, test pulsuz keçiriləcək.