Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Razyana çayının faydaları

18 dek 2024, 09:13
Razyana çayının faydaları

Razyana çayı sağlamlığa faydalı xüsusiyyətləri ilə tanınır.

Liderxeber.az xəbər verir ki, razyana çayı həzm sistemini rahatlaşdırır, qaz və şişkinliyi aradan qaldırır. Eyni zamanda, iltihab əleyhinə xüsusiyyətləri sayəsində boğaz ağrısına faydalıdır. 

Bu çay mədə ağrılarını kəsir və bəlğəmgətirici təsirə malikdir. Ürək-damar sağlamlığını qoruyaraq sağlamlıq problemlərinin qarşısını alır.

Xüsusilə öskürək, bronxit, astma kimi xəstəliklərdə müalicəvi rol oynayır. Tərkibindəki antioksidantlar və antiinflamatuar birləşmələr sayəsində bədəndəki iltihabı azaldır.

Razyana çayı C vitamini və immunitet sistemini dəstəkləyən digər antioksidantlarla zəngindir. Bu yolla orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Sərbəst radikallarla mübarizə apararaq hüceyrələri oksidləşdirici stres zədələnməsindən qorumağa kömək edir. Bu, ümumi sağlamlıq və gənc qalmaq üçün çox vacibdir.

Soyuqdəymə və qrip əlamətlərini aradan qaldırır, öskürəyi kəsir.Həmçinin razyana çayının tərkibindəki minerallar, xüsusilə kalsium və fosfor sümükləri gücləndirməyə kömək edə bilər.

Tərkibindəki kalium və digər minerallar sayəsində ürək sağlamlığını dəstəkləyir və qan təzyiqini tənzimləməyə kömək edir.

Razyana çayı təbii iştah kəsicidir və həzmi yaxşılaşdırmaqla çəkiyə nəzarət etməyə kömək edə bilir. Bundan əlavə, yatmazdan əvvəl istehlak edildikdə rahatlaşdırıcı təsiri ilə yuxu keyfiyyətini artırır.

Antioksidant xüsusiyyətləri sayəsində göz sağlamlığını qoruyur və göz yorğunluğunu azaltmağa kömək edir.

Bundan əlavə ağız qoxusunu aradan qaldırmağa yardımçı olur. Razyana çayı ağız qoxusuna səbəb olan bakteriyaların çoxalmasının qarşısını alır. Ağız yaraları kimi problemlərin həllində faydalıdır.

Beləliklə razyana çayı:


Həzm problemlərinə kömək edir.

İshal və qəbizliyin qarşısını alır. 

İltihab əleyhinə təsir göstərir.

Yuxu keyfiyyətini yaxşılaşdırır.

Antioksidan təsir göstərir.

Görmə sağlamlığı üçün faydalıdır.

Bağırsaqları təmizləyir.

Ağız sağlamlığını qoruyur.

Qan şəkərini balanslaşdırır.

Ürək sağlamlığını dəstəkləyir.

İmmunitet sistemini gücləndirir.

Tənəffüs problemlərində faydalıdır.

Arıqlamağa kömək edir.

Osteoporozun qarşısını ala bilər.

Razyana çayı hazırlamaq üçün bir stəkan qaynar suya bir çay qaşığı razyana toxumu əlavə edib 5-10 dəqiqə dəmləyin. İstəyə görə bal və ya limon əlavə edə bilərsiniz.

Bu çay gündə 2-3 stəkan istehlak edilə bilər. Bununla belə, həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər.