Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

17 dek 2024, 17:15
Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

Sürücülük vəsiqəsi almaq istəyən skolioz xəstəsi ona vəsiqənin onillik deyil, ikiillik müddətə verilməsindən şikayətçi olub.

Bu barədə o, müraciət ünvanlayıb.

"Hərbi xidmətdə olmamışam. Onurğamda əyrilik var, II dərəcə skolioz xəstəsiyəm. Sürücülük vəsiqəsi almaq istəyirəm, mənə ikiillik verirlər. Deyirlər ki, onillik versək, səni əsgər aparacaqlar. Mən bilmək istəyirəm ki, bu nə dərəcədə qanunidir? Mənim sürücülük vəsiqəmin 10 illik olması hərbi xidmətə getməyimə səbəb kimi götürülə bilər?" - deyə müraciətdə bildirilir.

Məsələyə aydınlıq gətirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev sorğuya cavab olaraq bildirdi ki, qanunvericiliyə əsasən, şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsasları, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

"Həmin siyahıda yer alan xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti isə şəxsin təqdim etdiyi tibbi arayışda göstərilən, lakin iki ildən artıq olmayan müddəti əhatə edir.

Məlumat üçün qeyd edirik ki, sürücülük vəsiqəsi şəxsin həqiqi hərbi xidmətə yararlı olub-olmamasını müəyyən edən sənəd deyil", - deyə M.Ağayev vurğulayıb.

oxu.az