Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Mikrobların da orqanizmə xeyri var

16 dek 2024, 14:09
Mikrobların da orqanizmə xeyri var

Aparılan araşdırmalara görə, bağırsaqda olan mikrob və bakteriyaların müxtəlifliyi xoşbəxtliyi və fiziki hazırlığı qoruyub saxlamaqla yanaşı, qocalmanın, daha yaşlı yaşlarda baş verə biləcək xroniki xəstəliklərin təsirlərini minimuma endirir.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, yeni elmi araşdırmaya görə, insan bağırsağında iltihaba səbəb olan pis bakteriyaların nisbəti ilə qocalmanın və idman performansının təsiri arasında güclü bir əlaqə olduğu sübut edilib.

Buna uyğun olaraq bağırsaqların vəziyyəti yaxşı olarsa, saçların ağarması, saç tökülməsi, dəridə qırışlar, xroniki xəstəliklər minimum səviyyədə görülsə də, bədənin fitnes vəziyyəti də müəyyən qədər özünü qoruyur və insanların sağlam bir şəkildə yaşlanmasına kömək edir.

İnsan bağırsağı trilyonlarla dost və düşmən bakteriyası olan çox mürəkkəb bir quruluşa malikdir. Məlumdur ki, serotonin, dopamin, oksitosin və endorfin kimi insanı xoşbəxt edən hormonların 90 faizdən çoxu bağırsaqlarda istehsal olunur. Aparılan araşdırmalara görə, bağırsaq mühitində mikrob və bakteriyaların müxtəlifliyi xoşbəxtliyi və fiziki hazırlığı qoruyub saxlamaqla yanaşı, qocalmanın və daha yaşlı yaşlarda baş verə biləcək xroniki xəstəliklərin təsirlərini minimuma endirir.