Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Uşaqlarınıza mavi şirniyyat verməyin – mütəxəssisdən rəngli əlavələr barədə xəbərdarlıq

13 dek 2024, 10:07
Uşaqlarınıza mavi şirniyyat verməyin – mütəxəssisdən rəngli əlavələr barədə xəbərdarlıq

"Mağaza rəflərindəki bir çox məhsullar dadı, rəngi yaxşılaşdırmaq və saxlama müddətini artırmaq üçün nəzərdə tutulmuş müxtəlif qida əlavələri ehtiva edir.

Lakin onların heç də hamısı sağlamlıq üçün təhlükəsiz deyil".

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı tanınmış dietoloq Nuriya Dianova radio proqramlarının birində zərərli qida əlavələri haqqında danışarkən bildirib.

Dietoloqun sözlərinə görə, ən təhlükəli qida əlavələri rəngləyicilər və konservantlardır.

"Bunlar qablaşdırmada E100 və bu kimi qeyd olunan maddələrdir. Ən təhlükəlisi mavi rəngləyicilərdir. Yaşıl rənglər də mübahisəlidir", - deyə Nuriya Dianova xəbərdarlıq edib.

Onun sözlərinə görə, siyahıda qırmızı, narıncı rəngləyiciləri öyrənmək üçün xüsusi cədvəllərə baxmaq lazımdır.

"Bu rəngləyicilərin arasında maksimum allergik olanlar da var, kanserogen olanlar da. Xüsusilə yadda saxlayın ki, uşaqlar üçün nəsə almaq istəyirsinizsə, mavi marmeladı unutun. Ümumiyyətlə, həddindən artıq parlaq olan hər şey sizi şübhələndirməlidir", - deyə o əlavə edib.

Mütəxəssis bildirib ki, zərərli əlavələrin ikinci kateqoriyası E200 və sonrakı konservantlardır.

"Ən güclü və təhrikedici olanlar E220, E221, E222-dir. Bunlar kanserogen və allergik təsirə malikdir. Sulfatlar histamini artırır və yalançı allergik reaksiyalar verir. Benzoatlar uzaq durmaq lazım olan daha bir konservant qrupudur. Onlar icazə verilsə də, potensial olaraq sağlamlığa zərər verə bilər və yaxşı olar ki, belə məhsullardan çəkinəsiniz" - deyə dietoloq izah edir.