Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb

12 dek 2024, 21:27
Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da dərin hörmət və ehtiram hissi ilə anılıb.

Liderxeber.az xəbər verir ki, “12 dekabr Ulu öndər Heydər Əliyevin Anım günü” ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Neftçala RİH-nin məsul şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və onların kollektivləri, şəhid valideynləri və müharibə iştirakçıları, eləcə də bir qrup ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin şəhər mərkəzində ucalan əzəmətli abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla anmışdırlar.

Sonra anım mərasimi Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsi ilə davam etdirilib. 

İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Rayon rəhbəri həmçinin çıxışında qeyd etmişdir ki, ərazi bütövlüyümüzün bərpası, Qarabağın düşmən tapdağından azad olunması Ulu Öndərin ideyalarının başlıca qayəsini təşkil edirdi. Mirhəsən Seyidov çıxışı zamanı bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını bildirmiş, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar siyasi qətiyyəti sayəsində Ulu Öndərin Azərbaycan xalqı üçün arzuladığı bütün istəklərinin həyata keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Daha sonra tədbirdə çıxış edən digər natiqlər – qabaqcıl təhsil işçisi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmuş Ruhəngiz Nəcəfova, Rayon Ağsaqqallar Şurasının üzvü, veteran təhsil işçisi Şakir Bəşirov çıxış edərək Ulu öndər Heydər Əliyevin sarsılmaz, polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində Müasir Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğunu diqqətə çatdırmış, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında Ulu öndərin misilsiz xidmətləri barədə söz açmışdırlar.

Sonda iştirakçılar üçün ehsan süfrəsi təşkil olunmuşdur.