Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Fövqəladə Hallar Nazirliyi əhaliyə MÜRACİƏT EDİB

09 dek 2024, 10:36
Fövqəladə Hallar Nazirliyi əhaliyə MÜRACİƏT EDİB

"Araşdırmalar göstərir ki, məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, habelə ehtiyatsızlıq və nəzarətsizlik yanğın və partlayış hadisələrinin əsas səbəblərindəndir".

Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində qeyd olunub.

Bildirilib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insanların həyat və sağlamlığına, eləcə də əmlaka və infrastruktura ziyan vurur.

Qeyd olunanları, xüsusilə ilin soyuq aylarında elektrik və qaz qızdırıcı cihazlarına olan yüksək tələbatın yanğın-partlayış riskini artırdığını nəzərə alaraq, FHN əhaliyə müraciət edərək aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

- nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə etməməli;

- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;

- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;

- elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməməli;

- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;

- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamalı;

- mənzili tərk edərkən elektrik və qaz cihazlarını işlək vəziyyətdə qoymamalı;

- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırmamalı, elektrik və qaz cihazlarını işə salmamalı, açıq oddan istifadə etməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələri açmalı, mənzilə qazın girişini bağlamalı və mütəxəssis çağırmalı;

- tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmamalı.

Göstərilən sadə, lakin çox vacib təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa, əmlaka mümkün zərərlərin qarşısı alınmış olacaq!

Unutmayın ki, qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı "112"yə zəng vurun!