Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Pensiya, sosial yardım alanlar üçün endirim fürsəti

06 dek 2024, 10:20
Pensiya, sosial yardım alanlar üçün endirim fürsəti

"Sumqayıt Hospital" yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya alan, istənilən növ müavinət, təqaüd və kompensasiya alan şəxslər, sosial yardım alan ailələr, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üçün xüsusi endirimlər təklif edir.

Bunun üçün sosial ödəniş alan şəxslər xidmətlərdən istifadə zamanı mütləq pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya aldıqları kartla nağdsız qaydada ödəniş etməlidirlər. Peşəkar tibb heyəti, beynəlxalq təcrübəyə malik həkimləri ilə həftənin bütün günləri, günün 24 saatı ərzində vətəndaşların xidmətində olan və ən son texnoloji avadanlıqlarla təchiz edilmiş bu hospitalda müayinə və müalicə zamanı endirimli qiymətlərdən faydalana bilərsiniz.

Yolunuzu "Accessorize", "Bebe", "Calvin Klein", "Coccinelle", "Liu Jo", "Monna Lisa", "Monsoon", "Pablosky", "Sisley", "Tommy Hilfiger", "United Colors Of Benetton" mağazalarından salaraq alış-veriş edib sosial ödəniş kartı ilə nağdsız qaydada ödəniş etsəniz, sizə endirimlər tətbiq olunacaq.

Pensiya, müavinət, sosial yardım, təqaüd və kompensasiya alan şəxslərə "Almond Kulinariya" da endirimlər təklif edir. Burada tort və digər şirniyyat növləri sosial ödəniş alanlara endirimli qiymətlərlə təklif olunur.

Bakıda və Gəncədə fəaliyyət göstərən "Əjdaha Dönər" də sosial tərəfdaşlar sırasındadır. Bu məkanda dönər, lahmacun, pizza və burgerlər sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə təklif olunur.

Endirimli alış-veriş, müayinə və müalicə fürsətlərindən yararlanmaq üçün pensiya, müavinət, kompensasiya və yaxud sosial yardım aldığınız kartla nağdsız qaydada ödəniş etməyi unutmayın.

Qeyd edək ki, bu günədək sosial ödəniş alan şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni sosial ödəniş kartları vasitəsilə 890 mindən çox alış-veriş edib, təklif olunan endirimlərdən faydalanıblar.

Çoxsaylı endirimlər təklif edən digər şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, "Partnyorlar" bölməsində tanış olmaq mümkündür.