Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin
Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil. Bu məscidlər həm də dünya
Azad edilən ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan
Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün
Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə,
Rusiya gəmisi balıq tutmaq üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən,
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
banner

Xurma: Faydalı meyvə nə zaman sağlamlığa zərər verə bilər?

29 noy 2024, 09:17
Xurma: Faydalı meyvə nə zaman sağlamlığa zərər verə bilər?

Ufa Respublika İctimai Sağlamlıq və Tibbi Profilaktika Mərkəzinin (Başqırdıstan, Rusiya) mütəxəssisləri bildiriblər ki, xurma bir sıra faydalı xüsusiyyətlərə malikdir və müxtəlif vitaminlər, mikroelementlər və antioksidantlar tərkiblidir.

Liderxeber.az bu barədə UfaTime.ru-ya istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, meyvə böyük miqdarda yod tərkiblidir, buna görə də yod qəbulunun məhdudlaşdırılması tələb olunan xəstəlikləri olan insanlara - məsələn, qreyvs xəstəliyi (qalxanabənzər vəzinin xəstəliyi) olanlara onu qida rasionundan çıxarmağı məsləhət görüblər. Bundan əlavə, xurma şirin məhsuldur və pis kompensasiya olunmuş şəkərli diabeti olan insanlar ondan imtina etməlidirlər. Həkimlər diabeti olan insanlara xurma istifadəsindən əvvəl şəkər səviyyəsini sabitləşdirməyi və onu qida rasionuna insulin dozasının hesablanması nəzərə alınmaqla tədricən daxil etməyi məsləhət görüblər.

Həmçinin Ufa mütəxəssisləri xurmanın faydalı xüsusiyyətləri haqqında danışıblar. Onların sözlərinə görə, xurma ürək xəstəliklərinin inkişaf riskini azaldır, yod çatışmazlığını aradan qaldırmağa kömək edir, qanda xolesterol səviyyəsini azaldır və bununla da aterosklerozun inkişafını ləngidir. Bundan əlavə, həkimlər qeyd ediblər ki, bu məhsul antioksidant və hərarətsalıcı xüsusiyyətlərə malikdir, ishal zamanı kömək edir, qıcıqlanma və narahatlığı azaldır.