Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Tovuzda beş hərbçi və bir mülki şəxsin öldüyü qəzada xəsarət alan yeniyetmənin son durumu açıqlandı

28 noy 2024, 10:43
Tovuzda beş hərbçi və bir mülki şəxsin öldüyü qəzada xəsarət alan yeniyetmənin son durumu açıqlandı

Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ötən gün axşam saatlarında altı nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Liderxeber.az-ın sorğusuna cavab olaraq verilən məlumatda bildirilir ki, xəsarət alan şəxs hazırda süni tənəffüs aparatına qoşulub.

Qeyd olunub ki, 27 noyabr tarixində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmə (kişi cinsli) saat 20:40 radələrində aqonal vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Başın, döş qəfəsinin, bədənin müxtəlif nahiyələrinin qapalı və açıq zədələnməsi diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.

Pasiyent ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.