Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Xərçənglə bağlı fövqəladə kəşf

22 noy 2024, 17:48
Xərçənglə bağlı fövqəladə kəşf

Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək üçün yeni bir üsul tapıblar.

Liderxeber.az xəbər verir ki, bu araşdırmanın nəticəsi "Nature Communications" jurnalında dərc olunub.

Hazırda xərçəng müalicəsində istifadə olunan bir çox dərman yalnız damar içi (intravenoz) şəkildə vurulur. Bu metod hər zaman əlçatan olmur və əlavə komplikasiyalar yarada bilir. Yeni araşdırmada alimlər belə preparatları ağız yolu ilə qəbul edilə bilən tabletlərə çevirmək texnologiyasını təqdim ediblər.

Effektivliyin əsas prinsipi dərmanın həm suda (mədə daxilində aktiv maddəni buraxmaq üçün), həm də yağda (hüceyrə membranından keçmək üçün) həll olma qabiliyyətidir. Ancaq bəzi dərmanlar yalnız damara vurulmaqla istifadə edilir, çünki suda pis həll olur.

Bu texnologiya ilə alimlər yeni molekulyar "etiket" hazırlayıblar. Bu etiket istənilən dərmanla birləşərək onu suda daha yaxşı həll olunan edir.

Araşdırma nəticələrinə görə, bu üsul iki məşhur kimyaterapiya preparatı üzərində sınanıb. Testlərdən birində tabletlərin effektivliyi 0%-dən 100%-ə yüksəlib. Bu nəticələr laboratoriya siçanlarında sınaqdan keçirilib və növbəti addım insanlar üzərində klinik sınaqlardır.

Mütəxəssislər bildiriblər ki, bu texnologiya milyonlarla kimyaterapiya xəstəsinə ev şəraitində müalicə almağa imkan yaradacaq və uzun müddətli infuziya prosedurlarına ehtiyacı aradan qaldıracaq.