Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”

19 noy 2024, 14:15
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”

“Bu il 40 min şəxsə əlillik təyin olunub”. 

Liderxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

“Onun sözlərinə görə, bunun da yarısı təkrar, yarısı da ilkin təyinat olub. Vətəndaşlar yerlərdə əlilliklə bağlı ƏƏSMN-ə yox, tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri onları müayinə edir və uyğundursa, formanı Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyinə göndərirlər”, - deyə nazir bildirib. 

S.Babayev əlavə edib ki, 16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub: “Növbəti il üçün də proqram hazırlanır. Həmin proqram çərçivəsində Bakı üzrə növbəlilik 2 dəfə tam şəkildə icra olunub. Ümumilikdə 7770 şəhid ailə üzvü və qazilərə avtomobil təqdim olunub”.