Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Namidan Piriyev: "COP29 günlərində rayondan Bakıya gələn avtomobillərə məhdudiyyət olmayacaq"

01 noy 2024, 18:19
Namidan Piriyev: "COP29 günlərində rayondan Bakıya gələn avtomobillərə məhdudiyyət olmayacaq"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi günlərdə Azərbaycanın bölgələrindən Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Liderxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

Onun sözlərinə görə, rayonlardan gələrkən postlarda hər hansı yoxlama olmayacaq: "Ola bilər ki, tədbir günlərində gedişata uyğun olaraq bəzi yollarda postlar qurulsun və məhdudiyyətlər tətbiq olunsun. Bu zaman alternativ yollar təklif olunacaq. Məhdudiyyətlər tətbiq olunan həmin postlarda da fasilələrlə nəqliyyat vasitələri buraxıla bilər".