Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İsmət Piriyev dəfn edilib

01 noy 2024, 14:13
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İsmət Piriyev dəfn edilib

Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmət Medal oğlu Piriyevlə Göyçay rayonunun Çərəkə kəndində keçirilən vida mərasimi başa çatıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, şəhidin nəşi Göyçay rayonu Çərəkə kənd Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:03

Beyləqan rayonundakı “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmət Medal oğlu Piriyevin meyitinin qalıqları Göyçay rayonunun Çərəkə kəndinə gətirilib.

Liderxeber.az-ın məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İsmət Medal oğlu Piriyev 1975-ci il yanvarın 8-də Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

İ.Piriyev Çərəkə kənd Şəhidlər Xiyabanında dəfn olunacaq.