Son Xəbərlər
"Ölkəmizdə sahibkarlıq mühitinin inkişaf etdirilməsi və sahibkarlar üçün
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan daşıyıcıları 3-cü ölkələrdən 340
Ankarada törədilən terror aktından sonra Türkiyənin bütün hava limanlarında
Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham
Mina terroruna görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb
2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.
Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən yerli
Nazirlər Kabineti Prezident İlham Əliyevin “Dövlət Kontrakt Korporasiyası -
"Qarabağ" bu gün UEFA Avropa Liqasında Niderlandın "Ayaks"
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil
banner

Övladı özəl bağçaya gedən valideynlərin nəzərinə! - Təhsilhaqqının yarısını ödəyəcəksiniz

24 okt 2024, 09:04
Övladı özəl bağçaya gedən valideynlərin nəzərinə! - Təhsilhaqqının yarısını ödəyəcəksiniz

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi yekunlaşıb.

Liderxeber.az xəbər verir ki, müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.

Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək.

Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsilhaqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.

Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsilhaqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.