Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib

10 okt 2024, 15:36
Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib

Sumqayıtda idmançını bıçaqlayaraq qətlə yetirən ata və oğlunun barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Liderxeber.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılov şikayətin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə onların müraciətini nəzərə alıb.

Qeyd edək ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı Ramil İsmayılovun 20 il, Əhəd İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərə nisbətən yüngül maddə əsasında cəza təyin edib. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılıb. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb.

Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Ramil İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Əhəd İsmayılovun cəzası isə 9 ildən 16 ilə dəyişdirilib.