Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Azərbaycanda autizmə görə neçə uşağa əlillik təyin olunub? - Rəsmi AÇIQLAMA

02 okt 2024, 16:07
Azərbaycanda autizmə görə neçə uşağa əlillik təyin olunub? - Rəsmi AÇIQLAMA

Azərbaycanda 4 min 64 uşaq autizm diaqnozu ilə əlillik təyinatı alıb.

Bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda 18 yaşından aşağı əlilliyi olan 44 193 şəxs var. 2024-cü ilin ilk 8 ayında, ümumilikdə, 23 314 əlilliyi olan uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib:

"Agentliyin tabeliyində ambulator, stasionar, onlayn və səyyar formada səmərəli reabilitasiya üsulları tətbiq edilən 4 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdən biri Şəmkir, biri Qəbələ, ikisi isə Bakı şəhərində yerləşir. Bu müəssisələrdə reabilitasiya planına uyğun olaraq uşaqların kompleks şəkildə müalicəsi aparılır.

Əlilliyi olan uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq məqsədilə "Rehabus" layihəsi fəaliyyət göstərir. Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərlərində əvvəlcədən təyin edilmiş gözləmə məntəqələrindən əlilliyi olan uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır".

Qurumun məlumatında əlilliyi olan uşaqların reabilitasiyasında beynəlxalq təcrübəyə əsaslanan ippoterapiyadan istifadə olunduğu qeyd olunub:

"Bu terapiya üsulunun autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları, parkinson aşkarlanmış uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında təsiri böyükdür".