Son Xəbərlər
Məlumdur ki, dünyanın qaynar hadisələri ilə yadda qalan yola saldığımız ötən
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
banner

Dayanma və durmanı qadağan edən nişan olmayan ərazidə cərimə yazıla bilər? - Açıqlama

01 okt 2024, 08:58
Dayanma və durmanı qadağan edən nişan olmayan ərazidə cərimə yazıla bilər? - Açıqlama

Yolda dayanma və durmanı qadağan edən nişan yoxdur, amma avtomobil sahiblərinə buna görə cərimə yazılır.

Paytaxtın Səbail rayonu M.Müşviq küçəsi 4B ünvanında yaşayan sakinlər iddia edirlər.

Sakinlərin sözlərinə görə, bir neçə ildir ki, avtomobillərini binanın yaxınlığındakı küçədə park edirlər. Son bir neçə aydır ki, onlara dayanma və durma qaydasını pozduqları əsas göstərilərək cərimə yazılır.

Sakinlər deyirlər ki, dəfələrlə bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə müraciət ediblər. Hətta təkilif də veriblər.

Sakinlərin üzləşdiyi problemlə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən ""Xəzər Xəbər""ə bildirildi ki, günün pik saatlarında həmin ərazidə tıxac yarandığından avtomobillərin park edilməsi qadağan olunub.

Yol yeni təmir olunub və yaxın günlərdə orada yenidən cizgi və nişanlama xətləri çəkilərkən, bütün lazımi yol nişanları da qoyulacaq.