Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında təmsil olunur

18 sen 2024, 16:07
Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında təmsil olunur

İsveçrənin Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası keçirilir.

Qərbi Azərbaycan İcmasından Liderxeber.az-a bildiriblər ki, sessiyanın gündəliyində irqçiliyə qarşı mübarizə, yerli xalqların hüquqları, iqlim dəyişikliyinin təsirləri və digər məsələlər yer alır.

Sessiyaya BMT-nin üzv dövlətləri və bir sıra beynəlxalq təşkilatlar ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar. Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar vətəndaş cəmiyyətinin nümayəndəsi qismində sözügedən sessiyanın işində iştirak edir.