Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Acanda bunları yeyin

12 sen 2024, 17:56
Acanda bunları yeyin

Tez-tez acırsınız?  Lakin hər dəfə yedikcə kökəlirsiniz? O, zaman düzgün qidalanmağı seçin. 

Liderxeber.az xarici mətbuata istinadən sizləri sağlam qəlyanaltı üçün 7 məhsulla tanış edəcək. Acdıqca bu məhsulları yeyə və arıqlaya bilərsiniz. Daha dəqiq desək, bu məhsulların kalorisi az olduğundan kökəlməyəcəksiniz.

Alma sellülozla zəngin olduğundan aclıq hissini tez aradan qaldırır. Lakin onun tərkibində fruktoza olduğu üçün günün birinci yarısı yemək məsləhətdir.

Şirin kartof az kalorili məhsuldur. 100 qramı 120 kaloridir. Ləzzətli və xeyirlidir!

Bir fincan ətirli çay kiçik şokoladı əvəz edir və stressi aradan qaldırır.

Şəkərsiz marmelad əsasən, jelatindən ibarətdir. Bu, insana həm də psixoloji təsir edir.

Yoqurta giləmeyvə və şokolad qırıntıları əlavə etsəniz həm ağzınız dada gələcək, həm də mədəniz bayram edəcək.

Tərəvəzdən - çuğundurdan, kökdən və ispanaqdan hazırlanan çipsi kartof çipsilərini əla əvəz edir.

Popkorn sellüloza ilə zəngindir. Həm də mədədə şişdiyi üçün tez doydurur.