Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Bağçalarda uşaqlar ən çox nədən xəstələnir?

04 sen 2024, 15:06
Bağçalarda uşaqlar ən çox nədən xəstələnir?

2023-cü ildə ölkədə fəaliyyət göstərən dövlət və özəl bağçalarda xəstələn uşaqların sayı və səbəbləri məlum olub.

Liderxeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, həmin il bağçalarda 51 007 xəstələnmə faktı qeydə alınıb.

Onlardan 49 641-i dövlət, 1 366-sı isə özəl bağçalara gedən uşaqlardır. Uşaqlar əsasən qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası səbəbindən xəstələniblər belə ki, bu səbəbdən xəstələn uşaqların ümumi sayı 29 896 nəfərdir. Onların 24 493 nəfəri üç və yuxarı yaşda olan uşaqlardır.

Angina (kəskin tonzilit) səbəbindən xəstələnən uşaqların da sayı çoxdur, belə ki bu səbəbdən il ərzində 15 192 uşaq xəstələnib.

Bədbəxt hadisə, zəhərlənmə və zədələr səbəbindən xəsarət alan uşaqların sayı 51 olub.

Pnevmoniya (sətəlcəm, ağciyər xəstəliyinin iltihab xəstəliyi) səbəbindən 204 nəfər, bakterial dizenteriyadan ( parazit infeksiyası) 154 uşaq xəstələnib ki, burada əsas pay dövlət bağçalarının üzərinə düşür. Skarlatin infeksiya xəstəliyi səbəbindən ümumilikdə 495 uşaq xəstələnib. Ötən il 5 095 uşaq isə digər səbəblərdən xəstələnib.