Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Rüxsarə Əliyevanın bacısı həbs edildi - Foto

03 sen 2024, 15:07
Rüxsarə Əliyevanın bacısı həbs edildi - Foto

Bakı İqtisadiyyat və Humanitar Kollecinin sabiq direktoru Rüxsarə Əliyevanın bacısı Səadət Əliyeva həbs edilib.

Liderxeber.az xəbər verir ki, həmin kollecdə laboratoriya müdiri vəzifəsində çalışmış S.Əliyeva avqustun 29-u Naxçıvan MR Şərur Rayon Məhkəməsində qandallanıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Səadət Əliyevaya 2 il 2 ay həbs cəzası verilib.

Bildirilib ki, S.Əliyeva daha əvvəl də dələduzluq əməlində təqsirləndirilib. Lakin 2022-ci ildə məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası verib və üzərinə elektron qolbaq taxılıb. Lakin daha sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi hüquq-mühafizə orqanlarına müraciət edərək Səadət Əliyevanın ona qarşı da dələduzluq etdiyini bildirib. Bundan sonra S.Əliyevaya yenidən cinayət işi açılıb. Məlum olub ki, o, xanım tələbəni Bakıda İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə köçürəcəyini yalandan vəd edərək 8500 manat alıb.

Fotoda Rüxsarə Əliyeva