Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Fazil Mustafaya sui-qəsd cinayətində tərəflər apellyasiya şikayəti veriblər

30 avq 2024, 12:47
Fazil Mustafaya sui-qəsd cinayətində tərəflər apellyasiya şikayəti veriblər

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cinayəti ilə bağlı cinayət prosesinin tərəfləri apellyasiya şikayəti veriblər.

Liderxeber.az xəbər verir ki, şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.