Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Şəkidə şəhid və qazi övladları ilə görüş keçirildi - Fotolar

26 avq 2024, 14:28
Şəkidə şəhid və qazi övladları ilə görüş keçirildi - Fotolar

Şəkidə şəhid və qazilərin kiçik yaşlı övladlarına Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəb ləvazimatları və hədiyyələr təqdim olunub. 

Liderxeber.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhid və qazi övladları, onların valideynləri iştirtak ediblər.

Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə, o cümlədən rayonda şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb, uşaqları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra “YAŞAT” Fondu tərəfindən “Hədiyyə Karvanı” layihəsi çərçivəsində göndərilən hədiyyələr, həmçinin yerli iş adamının dəstəyi ilə əldə olunmuş məktəb ləvazimatları şəhid və qazi övladlarına təqdim olunub.