Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Şirvanlı kənd sakinləri ilə səyyar
“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb. Liderxeber.az xəbər verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam
Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
banner

Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

23 avq 2024, 17:33
Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

Avqustun 28-i saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Liderxeber.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

Nazirlikdən bildirilib ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.