Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir

20 avq 2024, 15:26
Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir.

Nazirlikdən Liderxeber.az-a bildirilib ki, “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 45 məktəbli iştirak edir.

Avqustun 25-dək davam edəcək düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorina, konsert və digər əyləncəli proqramların həyata keçirilməsi nəzərdə tutulur. Düşərgə ərzində uşaqların tanınmış aktyor, idmançı, yazıçılarla görüşü, eləcə də muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları təşkil olunacaq.

Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.