Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

H1 Airport Express marşrutu sərnişinlərin rahatlığı üçün artıq fasiləsiz fəaliyyət göstərəcək

14 avq 2024, 10:02
H1 Airport Express marşrutu sərnişinlərin rahatlığı üçün artıq fasiləsiz fəaliyyət göstərəcək

Azərbaycanın aparıcı sərnişindaşıma şirkəti “BakuBus” və Heydər Əliyev Beynəlxalq Aeroportu nəqdliyyat xidmətlərinin təkmilləşdirməsinə, sərnişinlər və şəhərimizin qonaqları üçün əlçatanlığın artırmasına çalışırlar. 

Liderxeber.az xəbər verir ki, artıq bu gündən etibarən H1 Airport Express marşrutu 24 saat fəaliyyət göstərərək hava limanı ilə şəhər mərkəzi arasında rahat nəqliyyat əlaqəsini təmin edəcək. Avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla, gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək.

Daha öncə, H1 marşrutu gecə saat 01:00-dək xidmət göstərirdi ki, bu da gec saatlarda gələn sərnişinlər üçün müəyyən narahatlıq yaradırdı. Hazırda isə qrafikin genişləndirilməsi sayəsində sərnişinlər günün istənilən vaxtında şəhərə rahat çata biləcəklər ki, bu da onların səyahət təcrübəsini xeyli yaxşılaşdıracaq.

Marşrut şəhərin əsas nəqliyyat qovşaqlarını - “Koroğlu” habı və “28 May” metrosunu əhatə edir. Bu marşrut üzrə fəaliyyət göstərən müasir “Neoplan” avtobusları geniş baqaj bölmələri, soyuducu və məlumat monitorları ilə təchiz olunub ki, bu da səfəri mümkün qədər rahat edir. Yolda sərf olunan müddət günün saatından asılı olaraq təxminən 30 dəqiqə təşkil edir.

H1 marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödənişi hava limanında əldə edilə bilən “BakıKart” kartı, həmçinin “M10” və “Birbank” mobil tətbiqləri vasitəsilə həyata keçirmək mümkündür.

Qeyd edək ki, H1 marşrutunun hərəkət cədvəlinin genişləndirilməsi, xüsusən də Bakı şəhərində yaxın aylarda keçiriləcək Formula 1 Qran-Prisi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı (COP29) kimi mühüm tədbirlər öncəsi, bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığının və əlçatanlığının artırmasına yönəldilib.