Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs verildi

13 avq 2024, 14:58
Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs verildi

Milli Məclisin VI çağırış deputatı Fazil Mustafaya qarşı törədilmiş cinayətlə bağlı məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakimlər bəyan edib ki, müttəhimlərə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Bu əsasla müttəhimlərin hər biri ayrı-ayrılıqda ictimai xadimin siyasi fəaliyyətinə son qoymağı planlaşdırmaqda və digər verilmiş ittihamlarla cəzalandırılmalıdırlar.

Hökmə əsasən, Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Müttəhimlər cəzalarını həbsxanada və ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Xatırladaq ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb. 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib. Onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham irəli sürülüb.