Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail
123 il əvvəl, 1901-ci ilin noyabrında həkim Karl Landşteyner qan nümunələrini
Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə
Qidalanma mütəxəssisi, professor Amparo Qamero bəzi qidaları soyuducuda
Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata
Qalıq yanacaqlardan imtina məsələsi son dərəcə vacibdir. Liderxeber.az xəbər
Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri
İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan,
Məşhur idman statistika portalı "Sofascore" ilə Azərbaycan Basketbol
banner

Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb: Aylarla maaş almırlar

12 avq 2024, 17:29
Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb: Aylarla maaş almırlar

"Bakı Metropoliteni" QSC-nin tikinti departamentində çalışan işçilər aylardır ki, işsiz qalıblar.

Liderxeber.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, metroda tikinti işlərinin başa çatması ilə əlaqədar departamentdə çalışan 50-dən çox əməkdaş bir neçə aydır ki, öz hesabına məzuniyyətə göndərilib.

Həmin işçilər bu müddət ərzində əməkhaqqından məhrum ediliblər və bu da onların ailələrində ciddi sosial problemlər yaradıb. Metropoliten əməkdaşlarına nə vaxt işə çıxacaqları ilə bağlı heç bir məlumat verilmir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, hazırda metropolitendə əsaslı tikinti seqmentinə dövlət büdcəsindən təyinatlı vəsait qoyuluşu üzrə maliyyələşmədə mövcud olan durum nəticəsində tikinti işlərinin həcminin kəskin azalması, bu sahədə çalışan işçilərin istismar sahələrində olan vakansiyalar nəzərə alınmaqla istismar xidmətlərindəki işlərə müvəqqəti təhkim edilməsi və ya bu sahədə işlə təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Bu zaman işçinin peşəsi, çalışdığı sahənin xüsusiyyətləri, vakansiya üzrə uyğunluğu, həmçinin işçinin razılığı və aidiyyəti üzrə digər zəruri məsələlər nəzərə alınır:

"Azərbaycan Respublikası Prezidentinin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılmış "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti özündə həm sərnişindaşıma fəaliyyətini, həm də metro tikintisi seqmentini ehtiva edən dövlətin strateji əhəmiyyət kəsb edən təsərrüfat subyektidir.

Sözügedən sərəncamdan sonra hər iki qurumun hüquqi varisliyini daşıyan "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma və metro tikintisi sahələri üzrə müxtəlif maliyyə mənbələrindən maliyyələşən fərqli əməkhaqqı sistemi tətbiq edilir.

Məlumat üçün bildiririk ki, Bakı Metropoliteni zərərlə işləyən və zərərin qarşılanması üçün dövlət büdcəsindən subsidiya şəklində maliyyə yardımı alan və səhmləri 100% dövlətə məxsus olan qapalı səhmdar cəmiyyətdir.

Mürəkkəb, eyni zamanda, çoxprofilli metro infrastrukturu şəbəkəsi kompleksinin müasir tələblər çərçivəsində yenidən qurulması, müasir tələblərə və beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində "Bakı Metropoliteni" QSC öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmaqla, səhmləri 100% dövlətə məxsus olan hüquqi şəxs olaraq təsərrüfat fəaliyyətində maliyyə, əmək və əməkhaqqı sistemi üzrə xidmət intizamının gücləndirilməsinə, dövlət büdcəsindən ayrılan təyinatlı maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadəyə xüsusi önəm verir.

Bu əsasda, ilk növbədə, qeyd olunmalıdır ki, QSC-nin kadr siyasətinin ana xəttini təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən effektiv fəaliyyət üçün məhdud maliyyə daxilolmaları çərçivəsində optimal sayda personalın formalaşdırılması təşkil edir.

QSC-nin əsaslı tikinti sahəsində çalışan işçilərinin əməkhaqqıları yerinə yetirilən işin nəticələri ilə birbaşa bağlı olduğundan həmin sektorda çalışan işçilərin işə cəlb edilməsi və əməkhaqqılarının ödənilməsində iş həcmlərinin yerinə yetirilməsi əsas götürülür.

İşçilərin işə cəlb edilməsi və əməkhaqqılarının ödənilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri, İşəgötürənlə Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin müddəaları nəzərə alınmaqla təmin edilir".

Qeyd edək ki, müvafiq departamentin rəisi Məzahir Nəbiyevdir. Onun rəhbərliyi altında işçilər dörd istiqamətdə fəaliyyət göstərirlər. Bunlar Tunel və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi Tamamlama İşləri Dəstəsi və Dəmir Yolunun Əsaslı Təmir İşləri üzə Dəstədir.