Son Xəbərlər
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
banner

Dövlət Komissiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb

03 avq 2024, 12:20
Dövlət Komissiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb

Avqustun 1-nə olan məlumata görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb.

Bu barədə Liderxeber.az--a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) və aidiyyəti dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb. Buna səbəb kimi I Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər.

Qeyd edilib ki, avqustun 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3953 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir.

"Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir", - məlumatda vurğulanıb.