Son Xəbərlər
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
banner

Məşhur oftalmoloq-cərrah Sumqayıt Tibb Mərkəzini seçdi

01 avq 2024, 12:05
Məşhur oftalmoloq-cərrah Sumqayıt Tibb Mərkəzini seçdi

Sumqayıt Tibb Mərkəzi kadr potensialını gücləndirməkdədir.

Liderxeber.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat olub. Oftalmoloq cərrah, tibb elmləri doktoru, professor Sevinc Əsgərova STM-nin 2 nömrəli Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, S. Əsgərova 1991-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1991-1992- ci illərdə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstutunda həkim-ordinatur olaraq internatura keçib.

1993-2001-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstititunun Göz xəstəlikləri kafedrasında baş laborant, assistent işləyib.

2001-2004-cü illərdə Neft Kəşfiyyatçıları Birləşmiş Xəstəxanasının Göz Mərkəzində oftalmoloq-cərrah kimi çalışıb.

2005-2012-ci illərdə Rusiyanın Moskva şəhərində Akademik S.N.Fyodorov adına Sahələrarası Elmi Texniki Kompleksində Gözün mikrocərrahiyyəsi İnstitutunda oftalmoloq-cərrah, aparıcı elmi işçi, Rekonstruktiv plastik oftalmoloji cərrahiyyə və onkologiya şöbəsinin müdiri işləyib.

2007-ci ildə Rusiyada ali dərəcəli həkim kateqoriyası alıb.

2008-ci ildə Rusiyanın Moskva şəhərində plastik, estetik və kosmetoloji cərrahiyyə və mikrocərrahiyyə üzrə həkim ixtisası alıb.

2013-2015-ci illərdə Rusiyada N. İ. Piroqov adına Həkimləri Təkmilləşdirmə İnstitunun Göz xəstəlikləri kafedrasının dosenti, professor vəzifəsində çalışıb.

2013-2023-cü illərdə Moskva şəhərində "Kapital" klinikalar şəbəkəsinin Oftalmologiya şöbəsinin müdiri işləyib.

2019-cu ildə Rusiyada səhiyyə və ictimai səhiyyə üzrə həkim-təşkilatı ixtisası alıb.

2016-2023-cü illərdə N. İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin baş elmi işçisi, professoru olub.

2005-ci ildən göz xəstəlikləri üzrə tibb elmləri doktorudur. Rusiya Tibb Elmləri Akademiyasının akademikidir. Hippokrat və V. İ. Vernadski adına qızıl medallarla təltif edilib.

S. Əsgərova 18 ixtira patentinin, 15 səmərələşdirici təklifin, 140-dan çox elmi məqalə və tezisin müəllifidir.
Avropanın Plastik və Rekonstruktiv Oftalmoloji Cərrahlar Cəmiyyətinin (ESOPRS) həqiqi üzvü, Türkdilli Ölkələrin Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü, koordinatoru, ABŞ Oftalmoloqlar Cəmiyyətinin, Beynəlxalq Dakrioloji Cəmiyyətinin, Beynəlxalq Uşaq Oftalmoloqları Cəmiyyətinin, Rusiya Oftalmologiya Cəmiyyətinin, Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür.