Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

NİİM sürücülərə müraciət edib

31 iyl 2024, 10:25
NİİM sürücülərə müraciət edib

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Mərkəzdən Liderxeber.az-a verilən məlumata görə, iyun ayının əvvəlindən başlayaraq paytaxt yollarında, hətta pik saatlarda sıxlıq azalıb: "Yay tətilinin və əhalinin bir çoxunun məzuniyyətdə olması buna əsas səbəb kimi göstərilə bilər. Lakin müşahidə kameralarının görüntüləri əsasında aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında yol-nəqliyyat hadisələri baş verir, texniki nasaz nəqliyyat vasitələri yollarda qalır və bəzi sürücülər dayanma və durma qaydalarına əməl etmirlər. Nəticədə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə hələ də sıxlıq yaranır".

NİİM sürücülərin nəzərinə çatdırır ki, qeyd olunan səbəblərdən yollarda sıxlığın yaranması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına gətirib çıxarır: "Sürücülərə yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə baxış keçirməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edirik".