Son Xəbərlər
Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini -
Naxçıvanda "N" saylı hərbi hissənin komandiri, polkovnik Samir
Hebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş
Yaşlandıqca bədəndəki dəyişikliklər, məsələn, duruşun pisləşməsi, əzələ gücü
Bu gün intihar edərək həyatını itirən hərbçimizin fotoları yayılıb.
banner

Abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradıldı

25 iyl 2024, 11:18
Abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradıldı

Süni intellekt əsasında yaradılan “Kodlasan” platforması istifadəçilərə 15 ixtisasdan ibarət seçim siyahısı təqdim edir. Azərbaycanda abituriyentlərin universitet və ixtisas seçimini sadələşdirən “Kodlasan” platforması istifadəyə verilib.

Müasir alqoritmlərə əsaslanan bu platforma qəbul balınızı, maraqlarınızı və karyera hədəflərinizi nəzərə alaraq fərdi profilinizi təhlil edir. Daha sonra isə abituriyentin istəyinə və əmək bazarında son tendensiyalara uyğun olaraq 15 ixtisasdan ibarət seçim siyahısı təqdim olunur. Tövsiyələr istifadəçi tərəfindən daxil edilən meyarlar, Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif illərdə tələbə qəbulu ilə bağlı toplanan məlumatlar və xüsusi alqoritmlərə əsasında formalaşır. 

Platformanın xidmətlərindən faydalanmaq üçün www.kodlasan.az saytına daxil olmaq və “Qeydiyyat” bölməsindəki xanaları doldurmaq lazımdır. Qeydiyyat üçün sizdən sadəcə Ad/Soyad, elektron poçt ünvanı, telefon, iş nömrəsi, məktəb və topladığınız bal barəsində məlumatların daxil edilməsi istənilir. İstifadəçilərin şəxsi informasiyalarının mühafizəsinə xüsusi diqqətlə yanaşılır və onların təhlükəsizliyi daima təmin edilir.

Bakalavr pilləsinə qəbul prosesində ən yaxın yardımçınız olacaq platformanın xidmətlərindən istifadə ödənişli əsaslarla aparılır. Mövcud qiymətlərlə rəsmi sayt vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, “Kodlasan” Azərbaycanda süni intellekt əsasında yaradılan ilk platformadır. Ölkəmizin təhsil sahəsinə inqilabi yenilik gətirən bələdçi-platforma beynəlxalq mütəxəssislər və texniki heyətdən ibarət komandaya malikdir.

Daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya və ya poçt ünvanımıza yaza bilərsiniz:

[email protected]

Parlaq gələcəyinizi bizimlə kodlaşdırın!