Son Xəbərlər
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
banner

Sağlam həyat tərzinin qaydaları

24 iyl 2024, 13:32
Sağlam həyat tərzinin qaydaları

Sürətli həyat tempi, ekologiyasının pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur.

Liderxeber.az sağlam həyat tərzinin bəzi şərtlərini xatırladır.

Düzgün qidalanma sağlam həyat tərzinin ilkin şərtlərindən biridir, çünki vitamin, mikroelement və həyat enerjisini qidalardan alırıq. Bunu nəzərə alaraq kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazımdır. Qidanın normadan artıq qəbul edilməsi xoşagəlməz hallara səbəb ola bilər.

Gün ərzində 2-3 litr maye qəbul edilməlidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır, yemək əsnasında və qidalanmadan dərhal sonra su içilməməlidir.

Erkən yaşlardan fiziki cəhətdən fəal həyat sürmək vacibdir. Buraya idman, qaçış, üzgüçülük, hərəkətli oyunlar və s. daxildir.

Müsbət fikirlər və nikbin əhvali-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Elmi təcrübələr göstərir ki, optimistlər daha uzun və xoşbəxt ömür sürürlər.

Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir. Ümumiyyətlə, zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır. Meşədə, təmiz havada gəzmək, günəş vannası qəbul etmək də çox faydalıdır.

Elementar gigiyenik qaydalara əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək də sağlam həyat tərzinin bir parçasıdır.

Beynin qidalanması da bu sahədə çox mühüm məsələlərdən biridir. Bundan ötrü kitab oxumaq, krossvord həll etmək, elm və təhsilə aid verilişlərə, sənədli filmlərə baxmaq, səyahətə çıxmaq, xarici dil öyrənmək lazımdır.

Sağlam həyat tərzinin qaydaları sadədir, əslində ona əməl etmək də çətin deyil.