Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası təsdiq edilib

19 iyl 2024, 11:24
Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası təsdiq edilib

Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə (bundan sonra-tibb müəssisələri) tibb işçilərinin işə qəbulu qaydasını, vakant vəzifələrin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılmasını, müsahibənin keçirilməsini, qiymətləndirmə aparılmasını, müsahibənin nəticələrinin araşdırılması qaydasını müəyyən edir.

Tibb müəssisəsinin rəhbəri (baş həkim, baş direktor, direktor, rəis, müdir) və onun müavinlərinə, hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (qurumları) və hüquq mühafizə orqanlarının tibb müəssisələrinə isə şamil edilmir.