Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Hansı meyvələri çox yemək olmaz?

15 iyl 2024, 18:05
Hansı meyvələri çox yemək olmaz?

Şirin meyvələr həddindən artıq istehlak edildikdə sağlamlığa ciddi zərər verə bilər.
Liderxeber.az xəbər verir ki, bunu qastroenteroloq Yevgeniya Melnikova "Gazeta.Ru"ya müsahibəsində deyib.
Həkim təhlükəli meyvələr sırasına banan, manqo, üzüm, ananas, kivi və gilası daxil edib.
Bu meyvələrin oxşar xüsusiyyəti tərkibində çoxlu miqdarda şəkər olmasıdır.
"Fruktozanın 85%-i bağırsaqlarda və qaraciyərdə qlükoza və qlikogenə, sonra isə yağlara çevrilir. Fruktozanın həddindən artıq istehlakı mənfi nəticələrə səbəb ola bilər. Məsələn, yağlı qaraciyər xəstəliyi, piylənmə, şəkərli diabet riski artır", - deyə Melnikova xəbərdarlıq edib.
Onun sözlərinə görə, həddən artıq meyvə istehlakı böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir, həmçinin artıq çəki, alkoqolsuz qaraciyər yağlanması, aterosklerotik lövhələr və hüceyrənin insulinə həssaslığının itirilməsinə səbəb ola bilir.
"Bundan əlavə, meyvənin həddindən artıq istehlakı kalori qəbulunu artırır və oturaq həyat tərzi ilə birlikdə piylənmənin inkişafı üçün əlverişli şərait yaradır", - deyə həkim qeyd edib.
O, orqanizmə zərər verməmək üçün şəkəri az olan meyvələrə üstünlük verməyi məsləhət görüb: "Moruq, qaragilə, böyürtkən daha yaxşı seçimdir".